Maqazin

Pərvin Abıyeva: “Tək idim, uzadılan hər əli tuturdum” – VİDEO

Pərvin Abıyeva: “Tək idim, uzadılan hər əli tuturdum” – VİDEObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Şıltaq idim, hamını özüm kimi bilirdim. Əyləncə axtarırdım, tək qalmamağa çalışırdım. Tək qalmaqdan qorxuram. Bunu isə bütün əhatəm bilir. Tək qalmamaq üçün mənə uzadılan hər əli tuturdum. Amma 30 yaşımdan sonra böyüdüyümü dərk elədim. İnsanlarla daha az ünsiyyət qurmağa və görüşməyə başladım”. 

7Times.az  bizim.media-ya istinadən bildirir ki, bu sözləri aktrisa Pərvin Abıyeva qonaq olduğu “Xəbərin var?” maqazin verilişində deyib.

Sənətçi bildirib ki, oturub-durduğu yaxın çevrəsini 30 yaşına qədəm qoyduqdan sonra özündən uzaqlaşdırıb:

“Mən 30 yaşıma qədər heç nəyi təhlil etməmişəm. Məni əhatə edən ətrafdakıların davranışına baxdım. Bir anda özümə dedim ki, dəyişmək lazımdır. Belə olmaz! Mən onsuz da hər şeyi bir anda edirəm. Ətrafımdakılar məndən beş betərdilər. Müəyyən yaş qrupu var. 30 yaşdan sonra insan psixologiyası dəyişir. Məncə bu qadınlarda 30 yaşından sonra olur. Mənim əhatəm özümün yaş kateqoriyasıdır. Onların hamısı hansısa işlərlə məşğuldur. Düşünürəm ki, bir-birimizin yoxluğunu hiss eləmirik”.

Pərvin ətrafında olan insanlara hər zaman istər maddi, istərsə də mənəvi yardımlar etdiyi vurğulayıb:

“Həyatımda vaxt keçirdiyim insanlar olub. Həyatımda onların əhəmiyyətli rolu olmayıb. Amma mənim onların həyatında böyük rolum olub. Əsas odur ki, onları müəyyən bir yerə gətirmişəm, yardımlarım olub. Onların heç biri deyə bilməz ki, Pərvinin mənə xeyri və ya köməyi dəyməyib. Şərt deyil ki, kiminsə cibinə pul qoymaq. Halbuki, bunu da etmişəm. Karyera, həyat, təcrübə, yaşayış baxımından onlara yardımım dəyib. Adımdan onları faydalandırmışam. Hər zaman ətrafıma demişəm və təklif etmişəm ki, adımdan yaxşı mənada istifadə edin. Mənim adım olan yerdə reytinq və müvəffəqiyyət mütləq şəkildə var. Xoşbəxtəm ki, ətrafıma xeyrim dəyib. Çörək itirənlər də olub. Mən öz yaxşılığımdan qalmıram. Peşmanam demirəm, heyif dediyim çox insanlar olub”.