“Nə edim ki, bu adam rahat yaşasın? Özümü öldürüm? Deyir ki, varlığın mənə travma verir. İki ildir ona reaksiya vermirəm. Elə bilir qorxuram ondan. Deyir ki, yerini bildi, oturdu yerində. Sən kimsən? Bir mənə, bir özünə bax gör kimsən?”.
7Times.az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri aktrisa Pərvin Abıyeva model Səmra Hüseynovanın ünvanına deyib. O, modeli polisə şikayət etməklə hədələyib:
“Elə etmə ki, gedim polisə səndən şikayət yazım, danışmamaq, uzaqlaşdırmaq qərarı çıxartdırım. Ən sonunda səni dəlixanaya saldıracağam. Ananı, atanı da bezdirmisən. Üzündən dəlilik yağır. Dəlisən, istəyirsən hamı dəli olsun. Mənim dəliliyim bu gündür, sabah keçəcək. Amma səni dəlixanada çürüdəcəyəm. Başa düşdün? Tanıyırsan, gözüm dönəndə bilirsən necə oluram. Sonuncu xəbərdarlığımdır”.
Pərvin bildirib ki, qalmaqala səbəb Səmranın sosial şəbəkədə canlı yayımda onu və valideynlərini təhqir etməsi olub.