“Sevgilim var idi, ayrıldım. Belə lazım idi. Daha yaxşısı olacaq. Daha yaxşı həyat, qismət məni gözləyir. Mən sevgi ilə gözəlləşirəm, qidalanıram, yaşayıram və nəfəs alıram. Tək sevgi yox, qayğı və diqqət. Bu həyatda əhatəmdən doğmalarından, dostlarımdan, sevdiklərimdən hər zaman tək bir istəyim olub, hər zaman məni saf sevgi ilə sevsinlər. O sevginin təmiz olduğunu görsəm, nəinki puluöumu, dövlətimi, ürəyimi çıxarıb verərəm o insana. Çünki mən sevgiyə ac insanam”.
7Times.az yazır ki, bu sözləri aktrisa Pərvin Abıyeva “Günə son” verilişində deyib.
“Eqoistəm, özümdən razıyam. Allah məni necə yaradıb, ondan razıyam. Niyə də razı olmayım axı? Güclü, uğurlu, bacarıqlı insanam. Özümə ağ gəlinlik geyinməyi arzu edirəm. Ailəsini saxlaya bilən insan olmalıdır. Mən onu yox, o məni saxlamalıdır”.