Maqazin

Pərvin: “Üzüm üzlər görüb”

Pərvin: “Üzüm üzlər görüb”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Məndən soruşanda ki, qardaşına və ya övladına özün kimi qız alardın? Deyirəm almazdım. Əgər mən almazdımsa, o zaman ailəni, ananı, atanı da qınamaq olmaz. Nə qədər müasir geyinsək də, istədiyimiz kimi azad olsaq da, içimizdə bir azərbaycanlı var. Mentalitet var. İstəyir bundan sonra 2040 və ya 2050 olsun, bizim beyinlər tam olaraq formalaşmayıb, müasirləşməyib”.  

7Times.az yazır ki, bu sözləri aktrisa Pərvin Abıyeva “Qapqara” layihəsində qonaq olan zaman deyib.

“Günümüzdə də hələ ailələrin çoxu köhnə düşüncədədi ki, tanınmış olmamalıdır, ev qızı olmalıdır, 18 yaşından almaq lazımdır. Üzüm üzlər görüb. Nələr görmüşəm, nələr yaşamışam, bilmişəm, eşitmişəm. Haqqımda bu qədər xəbərlər çıxır. Yalan, doğru fərqi yoxdur. İstər-istəməz anada, ata da baxır. Düşünür ki, sabah mən bunu gəlin eləyəndə qohumlar nə deyəcək?”– deyə o bildirib.

OLAY