Dünya

Peskov ermənilərə Paşinyanın qərarını xatırlatdı

Peskov ermənilərə Paşinyanın qərarını xatırlatdıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın Baş naziri Nikol Paşinyan 1991-ci ildən Azərbaycanın sərhədlərini tanımaq qərarına gəlib və bu, Qarabağ ətrafında bugünkü vəziyyətin xəbərçisi olub.

“AzPolitika.info” TASS-a istinadla xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.Kreml nümayəndəsi İrəvanın Moskva ilə ikitərəfli tərəfdaşlığa və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) mexanizmlərinə dair tənqidinə belə cavab verib: “Qarabağla bağlı müzakirələrə gəlincə, biz cənab Paşinyanın Praqada verdiyi və 1991-ci ildən Azərbaycanın sərhədlərini tanıyan qərarını həmişə xatırlamalıyıq. Buna uyğun olaraq o, Qarabağı tam şəkildə Azərbaycan ərazisi kimi tanıdı. Bu, hazırda mövcud olan bütün vəziyyətin xəbərçisidir”.