“Rusiya Federasiyası ABŞ-dan “super-duper” raketi oğurlamayıb, Rusiya Federasiyasının özünün əla hipersəs raketi var, çox var”.
7Times.az TASS-a istinadən xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.
Sözçü Qərb KİV-lərinin Vladimir Putinlə bağlı müəyyən “ürək problemləri” ilə bağlı iddialarını yalan adlandırıb. O, Putinin hər hansı dublyorunun olduğunu təkzib edib.
“Rusiya Federasiyası HƏMAS-ın əsirliyində olan Rusiya vətəndaşlarının azad edilməsi üçün bütün təmas imkanlarından istifadə edir və bu səyləri davam etdirəcək. Kreml HƏMAS-ın girov saxladığı rusların sayı barədə dəqiq məlumat vermir, münaqişənin bütün tərəfləri ilə əlaqə davam edir. Rusiya Federasiyası HƏMAS-ı bütün girovları dərhal azad etməyə çağırır”, – Peskov bildirib.
O, Fələstin-İsrail münaqişəsi nəticəsində həlak olan ruslarla bağlı məlumatların dəyişə biləcəyini istisna etməyib: “Çünki həqiqi müharibə gedir”.
“Kollektiv Qərbin döyüş sursatı istehsalı üçün potensialı məhduddur, resursları doldurmaq üçün çox vaxt tələb olunur. Rusiya Federasiyası İsraillə müntəzəm və intensiv dialoq aparır, Moskva terrorizmi pisləyən ardıcıl mövqe tutur. Rusiyada prezident seçkiləri yaxınlaşır, Kreml istənilən halda seçkilərin keçiriləcəyi mövqeyindən çıxış edir. Rusiya uzun müddətdir ki, sanksiya rejimində yaşayır, ona tam uyğunlaşıb. Rusiya kəşfiyyatı ABŞ və Böyük Britaniyanın Ukrayna kəşfiyyatına nəzarət etdiyi barədə məlumatlara malikdir”, – sözçü iddia edib.
Follow @7timesaz