Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov taxıl müqaviləsi ilə bağlı suala cavab verməyib.
7Times.az TASS-a istinadla xəbər verir ki, o, Rusiya və Türkiyə liderləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğanın Soçidə danışıqlardan sonra mətbuat konfransını gözləməyə çağırıb.
“Gəlin mətbuat konfransını gözləyək”, – Kreml sözçüsü jurnalistin Putinlə Ərdoğan arasında danışıqların birinci hissəsində hər hansı irəliləyişin olub-olmaması və taxıl sövdələşməsinə dair razılıq əldə edilib-edilməməsi ilə bağlı sualını cavablandırarkən deyib.
Xatırladaq ki, görüşün əvvəlində Putin Rusiyanın taxıl müqaviləsi üzrə danışıqlara açıq olduğunu bildirib.
Ərdoğan da öz növbəsində qeyd edib ki, bütün dünya Rusiya və Türkiyə prezidentlərinin taxıl sazişi üzrə məsləhətləşmələrini nəticə ümidi ilə izləyir.
Follow @7timesaz