Ukraynada müharibə başladıqdan sonra ukraynalı iş adamlarının ümumi sərvəti 20 milyard dollardan çox azalaraq 22,5 milyard dollara enib.
7Times.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə məlumat “Forbes Ukraine” reytinqində yer alıb.
Bu dövr ərzində sərvəti ən çox azalan iş adamı isə Rinat Axmetov olub. Onun sərvəti 9 ay ərzində 13,7 milyard dollardan 4,4 milyard dollara enib. Buna baxmayaraq, Axmetov Ukraynanın ən varlı şəxsi olaraq qalır.
2022-ci ilin nəticələrinə əsasən, Ukraynanın keçmiş Prezidenti Petro Poroşenko milyarder statusunu itirib. Belə ki, onun sərvəti 1,6 milyard dollardan 730 milyon dollara qədər azalıb.
Bununla yanaşı, İT sahəsinin mütəxəssisləri Maksim Litvin və Aleksey Şevçenkonun da sərvəti 40%-ə yaxın azalıb. Onların sərvətinin 4 milyard dollardan 2,3 milyard dollara endiyi bildirilir.
Eyni zamanda, Rinat Axmetovun şəriki Vadim Novinskiyin sərvəti 3,5 dəfə, yəni 3,5 milyard dollardan 1 milyard dollara enib.
Follow @7timesaz