Dünya

Pezeşkian Trampın hədələrinə CAVAB VERDİ

Pezeşkian Trampın hədələrinə CAVAB VERDİbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran prezidenti Məsud Pezeşkian ABŞ prezidenti Donald Trampın “Tehranın neft ixracını sıfıra endirmək” siyasətinə reaksiya verib.

7Times.az xəbər verir ki, Məsud Pezeşkian Energetika Nazirliyində keçirilən mərasimindəki çıxışında deyib: “Amerikalılar neft ixracatımızı dayandırmaq istəyirlər, çünki onlar hər şeyin neftdən asılı olduğunu düşünürlər. Sanksiyaları neytrallaşdırmağın bir çox yolu var”.

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp “İrana maksimum təzyiq” siyasətini canlandıracaq fərman imzalayıb.

Tramp bu qərardan məmnun olmadığını, lakin “İrana qarşı sərt davranmağa məcbur olduğunu” deyib.

“İran nüvə silahı əldə etməyə çox yaxındır. İranın nüvə silahı ola bilməz”, – Tramp deyib.