Belçikanın paytaxtı Brüsseldə etiraz aksiyası zamanı bir nəfər xəsarət alıb.
7times.az xəbər verir ki, dinc nümayişə gələn gənclərdən birinin əlində pirotexniki oyuncaq partlayıb.
Əslində partlayıcı oyuncağı polisə atmaq istəyən şəxs məlum olmayan səbəbdən onu əlində saxlayıb. partlayışdan sonra oğlanın əli ciddi şəkildə zədələnib.
Maraqlıdır ki, hadisədən sonra insanlar onu əhatəyə aldığı üçün həkimlərin də müdaxiləsi gecikib. Fotolardan görünür ki, o, qan itirib./ Lent.az-
Follow @7timesaz