İdman

Pişiyə şiddət göstərən futbolçu millidən kənarlaşdırıldı

Pişiyə şiddət göstərən futbolçu millidən kənarlaşdırıldıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Pişiyə qarşı fiziki şiddət tətbiq edib və görüntüləri sosial şəbəkə hesabında paylaşan “Vest Hem”in futbolçusu Kurt Zumaya növbəti zərbə dəyib. 

Fanat.Az xəbər verir ki, 27 yaşlı müdafiəçi Fransa millisinə dəvət almayacaq.

Bu barədə yığmanın baş məşqçisi Didye Deşam ESPN telekanalına açıqlamasında deyib. O, Zumaya qəzəbləndiyini və bu səbəbdən futbolçunu millinin mart toplanışına dəvət etməyəcəyini bildirib.

Qeyd edək ki, bir müddət öncə Zuma klubu “Vest Hem” tərəfindən də cərimələnib. Üstəlik, “Adidas” şirkəti də futbolçu ilə əməkdaşlığa son verib.