İraqın şimalındakı sığınacaqlarından qaçan PKK-nın iki terrorçusu Haburdakı Sərhəd Nəzarət Məntəqəsinə təslim olub.
7Times.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
“PKK-ya qarşı əməliyyatlar artan intensivlik və templə davam edir, təşkilatın parçalanması sürətlənir. İraqın şimalındakı sığınacaqlardan qaçan iki terrorçu təslim olub”, – məlumatda bildirilib.
Follow @7timesaz