Dünya

Poçtalyon dronlar

Poçtalyon dronlarbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Orkney adaları Böyük Britaniyada poçtu dronla çatdıran ilk yer olubdur. Belə ki, bu əməliyyat “Royal Mail” və “Skyports” dron xidməti tərəfindən həyata keçirilib.

7Times.az xəbər verir ki, “Royal Mail” adalar arasında məktub və bağlamaları paylamaq üçün limanları dayanacaq məntəqələri olaraq təyin edib.

İlkin sınaqlar zamanı Şotlandiya məktəbləri üçün yemək, Mull xəstəxanasına tibbi maskaların çatdırılması uğurla başa çatıb. Sözügedən xidmətin ilkin olaraq üç aylıq fəaliyyəti maliyyələşdirilsə də, “Royal Mail” tələbat yaranarsa, fəaliyyət müddətini artıracaqlarını bildirib. Gələcəkdə dron xidməti səviyyəsinin də əhəmiyyətli dərəcədə yaxşılaşdırılacağı gözlənilir. Poçt işçilərinin texniki təhlükəsizliyini təmin etmək üçün qurğuların mexanizmlərində dəyişiklik aparılacaq.