Dünya

Podolyakın qardaşı ölüb – Rusiya hərbi kəşfiyyatında işləyirdi + FOTO

Podolyakın qardaşı ölüb – Rusiya hərbi kəşfiyyatında işləyirdi + FOTObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Prezident Ofisinin müşaviri, əksər hallarda administrasiyanın sözçüsü qismində çıxış edən, eləcə də müharibənin əvvəlində baş tutan İstanbul danışıqlarında Ukraynanı təmsil edən Mixail Podolyakın qardaşı Vladimir Podolyak vəfat edib.

7Times.az  xəbər verir ki, bu barədə məlumat Ukrayna KİV-lərində və sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Qəbrinin fotoları dərc edilən Podolyakın mayın 19-da öldüyü üzə çıxıb.

Bu məlumata maraq ondan irəli gəlir ki, Mixail Podolyakın böyük qardaşı olan Vladimir Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş Kəşfiyyat İdarəsində (QRU) çalışırdı.

Rusiya tərəfi 59 yaşında vəfat etmiş Podolyakın ölümünün təfərrüatlarını açıqlamayıb. 1986-cı ildən Moskvada yaşayan və polkovnik rütbəsinə qədər yüksəlmiş V. Podolyakın Ukraynaya qarşı müharibədə, yoxsa hansısa xəstəlikdən öldüyü məlum deyil.

Göründüyü kimi, Rusiyanın başlatdığı bu işğalçılıq müharibəsi təkcə xalqları, ölkələri deyil, bir çox hallarda eyni ailələrin üzvlərini də bir-birilə düşmən edib…

“AzPolitika.info”

 

“AzPolitika”