Bir az öncə paytaxtın Parlament prospektində (Milli Məclisin yaxınlığında) ağır yol nəqliyyat hadisəsi baş verib. Avtosfer.az-ın hadisə yerində olan əməkdaşı bildirir ki, 10-UD-745 qeydiyyat nişanlı “BMW” markalı avtomobilin sürücüsü yüksək sürətlə hərəkət edən zaman geriyə hərəkət edən 90-RH-209 qeydiyyat nişanlı “Mazda” markalı avtomobilə çırpılıb. Nəticədə hər iki avtomobilə ciddi ziyan dəyib, xəsarət alan yoxdur.
“BMW” markalı avtomobili idarə edən sürücü Mühafizə polisi əməkdaşıdır. Faktla bağlı araşdırma aparılır.