Ölkə

Polis saxta COVID pasportu satdığı üçün xidmətdən qovulub?

Polis saxta COVID pasportu satdığı üçün xidmətdən qovulub?backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Daxili İşlər Nazirliyi Neftçala rayon polis əməkdaşının saxta COVID-19 pasportu satmasına görə xidmətdən qovulması ilə bağlı yayılan informasiyalara münasibət bildirib.

“7times” xəbər verir ki, sosial şəbəkələrdə polis serjantı Elmar Gülməmməd oğlu Xankişiyevin saxta COVID-19 pasportu satdığı yerdə tutulduğu iddia olunur.

DİN Mətbuat xidmətinin Şirvan regional qrupunun baş inspektoru, polis baş leytenantı Nizam Həmidov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, polis əməkdaşı Elmar Xankişiyev bir müddət öncə öz ərizəsi ilə daxili işlər orqanlarından xaric olunub: “Hazırda Neftçala Rayon Polis Şöbəsində xidmət etmir. Odur ki, bu qanun pozuntusunun polis əməkdaşı tərəfindən törədilməsi barədə iddialar həqiqəti əks etdirmir”.//Qafqazinfo