Avqustun 1-də saat 04:30 radələrində paytaxtın Xətai rayonunda mopedlə Hunday markalı avtomobilin toqquşması nəticəsində ölüm hadisəsi baş verib.
“7Times.az” xəbər verir ki,ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən moped oğurluqlarına qarşı keçirilən tədbirlər çərçivəsində paytaxt sakini N.Mirzəyevin idarə etdiyi,dövlət qeydiyyat nişanı olmayan mopedə polis saxla əmri versədə sürücü polisin bu əmrinə tabe olmuyub və qaçıb.
Ərazidən qaçan moped polis tərəfindən təqib edilib.
Polisdən qaçaraq hərəkətini davam etdirən moped “Hyundai” markalı avtomobilə çırpılıb.
Hadisə nəticəsində mopedin sürücüsü, paytaxt sakini 2005-ci il təvəllüdlü Nurlan Mirzəyev hadisə yerində ölüb.Onun qardaşı,Ruslan Mirzəyev isə ağır bədən xəsarətləri alıb.
Hüseyn
7Times.az
Follow @7timesaz