Dünya

Polisin əməliyyat keçirdiyi evdən telefon formasında silah tapıldı – FOTO

Polisin əməliyyat keçirdiyi evdən telefon formasında silah tapıldı – FOTObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avstraliyanın Mandurah şəhərində bir evə basqın edən polis telefon formasında silah tapıb.

7Times.az xarici mətbuata istinadən bildirir ki, Baldivis bölgəsində yerləşən evdə narkotik və silah qaçaqmalçılığı şübhəsi ilə əməliyyat keçirilib.

Avstraliya polisinin mövzu ilə bağlı verdiyi açıqlamada silah və narkotik ticarəti ilə məşğul olan 31 yaşlı bir şəxsin nəzarətə alındığı bildirilib. Polis əməliyyat çərçivəsində külli moqdarda narkotik maddə, çoxlu sayda silah və o cümlədən də “iPhone” formasında tapançanın ələ keçirildiyini qeyd edib.

Telefona bənzər silahın atəş edib-etmədiyini müəyyənləşdirmək məqsədilə yoxlanışa göndərildiyi açıqlanıb.