“Polşa-Belarus sərhədində gərgin vəziyyət davam edir”.
7Times.az “Unikal”-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Polşa Sərhəd Mühafizəsinin baş komendantının mətbuat katibi Anna Mixalskaya bildirib.
“Biz daim sərhədi keçməyə çalışan aqressiv şəxslərin şahidi oluruq. Bu əcnəbilərə daim Belarus xidmətləri kömək edir. Biz dəfələrlə müşahidə etmişik ki, orada heç bir əcnəbi yoxdursa belə, Belarus əsgərləri və ya Belarusun sərhəd xidmətinin əməkdaşları daş atır, tikanlı məftilləri kəsirlər”, – deyə, o, vurğulayıb.
Onun sözlərinə görə, son bir ildə sərhədi qanunsuz keçmə cəhdlərinin sayı yüz dəfə artıb:
“Keçən il ərzində biz Polşa-Belarus sərhədini 39 714 qanunsuz keçmək cəhdinin qarşısı alınıb. Bir il əvvəl 122 belə cəhd olub. Keçən il sərhədin bu hissəsində 2800, bir il əvvəl isə 122 qanunsuz miqrant saxlamışıq”.