Avqustun 1-də Polşa Belarusla sərhəddə 17 min hərbçinin iştirak edəcəyi genişmiqyaslı hərbi təlimlərə başlayacaq.
7Times.az xarici KİV-ə istinadla xəbər verir ki, təlimlərə 18-ci Mexanikləşdirilmiş Diviziya rəhbərlik edəcək və əməliyyat altı ay sürəcək.
Polşanın Müdafiə Nazirliyinin rəhbəri və daxili işlər naziri şərq sərhədinin möhkəmləndirilməsi ilə bağlı birgə iclas keçirib və bu ərazidə bufer zonanın yaradılmasını müsbət qiymətləndirib. Onların sözlərinə görə, ölkəyə qanunsuz daxil olmaq cəhdlərinin sayı iki dəfə azalıb.
Polşa Ukraynada davam edən müharibə fonunda öz sərhədlərinin müdafiəsini gücləndirmək qərarına gəlib. Həmçinin, son aylarda Belarus ərazisindən qeyri-qanuni yolla ölkəyə daxil olmağa çalışan miqrantlarla bağlı vəziyyət pisləşib.
May ayında qeyri-qanuni mühacirlərin Polşa sərhədçilərinə bir neçə hücumu olub və nəticədə bir polşalı əsgər həlak olub.
“AzPolitika.info”
Follow @7timesaz