Polşa hökuməti xarici agentin ölkənin xüsusi xidmət orqanları tərəfindən saxlanılması fonunda bir belaruslu diplomatı ölkədən xaric etmək qərarına gəlib.
“Report”un məlumatına görə, bu barədə Polşanın Baş naziri Donald Tusk “X” sosial şəbəkəsində bildirib.
“Belarus xüsusi xidmət orqanlarının ölkəmizə qarşı aqressiv hərəkətlərini dəstəkləyən belaruslu diplomat da Polşadan xaric ediciləcək”, – o deyib.
Polşanın Baş naziri həmçinin sentyabrın 8-də Daxili Təhlükəsizlik Agentliyi (Polşa xüsusi xidməti) tərəfindən Rumıniya və Çexiyadan olan tərəfdaşlarla birgə keçirilən əməliyyat nəticəsində belaruslu agentin saxlanması barədə məlumat verib.
Follow @7timesaz