Dünya

Polşa Saakaşvili ilə bağlı Gürcüstan hökumətinə MÜRACİƏT ETDİ 

Polşa Saakaşvili ilə bağlı Gürcüstan hökumətinə MÜRACİƏT ETDİbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Polşa Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilini müayinə etmək üçün tibb işçilərini göndərməyə hazırdır.

7Times.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Polşa hökumətinin sözçüsü Piotr Müller bildirib.

“Humanitar tibb qrupu Gürcüstana getməyə və yerində müvafiq müayinələr aparmağa hazırdır və indi Polşa Gürcüstan tərəfinin razılığını gözləyir”, – deyə Müller qeyd edib.

O, Saakaşviliyə tibbi yardım məsələsinin beynəlxalq ictimaiyyətdə narahatlıq və şübhələr yaratdığını qeyd edib.