Polşa Milli Təhlükəsizlik Bürosunun rəhbəri Pavel Solox bəyan edib ki, Polşa Ukraynaya hava hücumundan müdafiə sistemləri üçün mərmilər ötürəcək.
“Mən indi bu silahların konkret spesifikasiyası haqqında danışmaq istəməzdim”, – polşa telekanalına müsahibə verən P.Solox bildirib.
Onun sözlərinə görə, söhbət on minlərlə hava hücumundan müdafiə silahlarından gedir.
İki gün əvvəl isə Polşanın Baş naziri Mariuş Moravietski öz açıqlamasında söyləmişdi ki, Polşa tərəfi Ukrayna ordusunu dronlarla təmin edəcək.
Follow @7timesaz