Ukrayna hələ də Volınya qırğınına görə Varşavadan üzr istəməyib və buna görə də Ukrayna prezidenti Volodimir Zelenski daha çox məsuliyyət götürməli və bu üzrü istəməlidir.
7Times.az-ın Lenta.ru-ya istinadən xəbərinə görə, bunu Polşa Xarici İşlər Nazirliyinin (XİN) nümayəndəsi Lukaş Yasina deyib.
“Biz polşalılar dövlətimizin ukraynalılara qarşı törətdiyi cinayətlərə görə məsuliyyəti Polşanın üzərinə götürdük. Ukrayna tərəfində isə kifayət qədər məsuliyyət yoxdur”.
Polşalı diplomat əlavə edib ki, Ukrayna tərəfi hələlik üzr istəməyib. Varşava nümayəndəsi həmçinin etiraf edib ki, Polşa ilə Ukrayna arasında münasibətlərdə vacib məsələlər var və Ukrayna xalqı üçün hazırda Volın qırğını problemi ən vacib məsələ deyil.
Xatırladaq ki, Volın qırğını 1942-1943-cü illərdə Qərbi Ukrayna ərazisində, Ukrayna Millətçiləri Təşkilatının – Ukrayna Üsyan Ordusunun (OUN-UPA, ekstremist kimi tanınan və Rusiyada qadağan edilmiş) yerli rəhbərliyinin əmri ilə baş verib. İkinci Dünya Müharibəsi başlamazdan əvvəl müasir Volınsk vilayətinin ərazisində yaşayan etnik polyaklar öldürülüb. Polşa hakimiyyətinin hesablamalarına görə, 100 minə yaxın insan ukraynalı millətçilərin əli ilə həlak olub.
Yeganə
Follow @7timesaz