Polşanın cənub-şərqində üç ildən bir keçirilən ən böyük milli təlim olan “Anakonda-23” başlayıb.
“Report” xəbər verir ki, bu barədə Polşa radiosu məlumat yayıb.
“Anakonda-23” ölkənin ikinci ən böyük təlim poliqonu Yeni Dembada keçirilir.
Manevrlərdə Polşa və NATO-ya üzv ölkələrin, eləcə də Alyansın tərəfdaşlarının silahlı qüvvələrinin 13 minə yaxın hərbçisi iştirak edəcək. “Anakonda-23” təlimləri çərçivəsində F-16 qırıcıları, “Sokol” helikopterləri, “Grom” zenit-raket kompleksləri, “Rak” özüyeriyən minaatanları, “Krab” haubitsaları, həmçinin Polşanın Amerikadan fəal şəkildə aldığı “Abrams” tankları cəlb olunacaq.
Follow @7timesaz