Polşanın cənub-qərbindəki Opole bölgəsində fərdi evdə istilik nasosunun partlaması nəticəsində 2 nəfər ölüb, 3 nəfər yaralanıb.
7Times.az xəbər verir ki, bu barədə RMF FM radiostansiyası məlumat yayıb.
Belə ki, yerli vaxtla saat 15:00-da (Bakı vaxtı ilə 17:00) yanğınsöndürmə xidmətinə fərdi yaşayış binasında qaz partlayışı barədə məlumat daxil olub.
İki nəfər hadisə yerində ölüb, üç nəfər yaralanıb. Yanğınsöndürənlər alovun qarşısını ala biliblər. Hadisənin səbəbləri polis tərəfindən araşdırılır.
Follow @7timesaz