Ukraynanın sabiq prezidenti və hazırda Ali Radanın deputatı olan Pyotr Poroşenko oğlu Alekseyi müharibədən yayındıraraq, xaricə göndərib.
7Times.az xəbər verir ki, bununla bağlı ukraynalı siyasi ekspert Valentin Qladkixin açıqlamaları böyük səs-küy yaradıb.
Qladkix bildirib ki, Poroşenkonun oğlunun əmlakına ordudan yayındığı üçün həbs qoyulub. Poroşenko özü bununla bağlı cəriməni ödəməklə əmlakın üzərindəki həbsi götüzdürüb və eyni zamanda bununla etiraf edib ki, oğlu müharibədən yayınıb: “Pyotr Poroşenkonun oğlunun əmlakına orduya çağırış vərəqələrinə məhəl qoymadığı üçün həbs qoyulub. Oliqarxın bütün zavodları və gəmiləri oğlunun adınadır. Buna görə də həbsin aradan qaldırılması üçün Poroşenko 51 min qrivna cərimə ödəməli olub və bununla da etiraf edib ki, onun öz oğlu Aleksey həqiqətən müharibədən yayınıb və qaçaqdır”.
Ekspertin qeyd etdiyi kimi, Poroşenko özünə haqq qazandırmaq üçün vəkilinin vasitəsilə oğlu Alekseyin guya beynəlxalq şirkətlə müqavilə bağladığını və xaricə işləməyə getdiyini bəyan edib. Vəkil iddia edib ki, Aleksey Poroşenko Ukraynanı tərk etməzdən əvvəl bütün növ qeydiyyatdan – hərbi, vergi, pasport qeydiyyatından çıxarılıb.
Lakin ekspertin fikrincə, bu, tamamilə yalandır və Ukrayna qanunvericiliyinə görə, ölkədən çıxan Ukrayna vətəndaşları Ukraynanı üç aydan artıq müddətə tərk etmələri halında 30 gün müddətində şəxsən gələrək hərbi xidmətə qeydiyyatdan keçməlidirlər: “Poroşenkonun oğlu niyə Ukraynanı müdafiə etməyə getməyib, niyə qaçıb? Hansı əsasla və nə vaxt ölkəni tərk edib? Hara qaçıb: Londondakı qardaş və bacılarının yanına, yoxsa Sankt-Peterburqdakı qayınanasının yanına? O, hansı əsasla zabit rütbəsi daşıdığı halda hərbi qeydiyyatdan keçməyib?”
Ekspert qeyd edib ki, Poroşenkonun oğlunun adına Ukraynada rəsmən 1.2 milyard dollarlıq sərvət var.
“AzPolitika.info”