Ölkə

Premyer Liqada 12 komanda olacaq? – AFFA İK üzvləri ilə müzakirəyə başladı

Premyer Liqada 12 komanda olacaq? – AFFA İK üzvləri ilə müzakirəyə başladıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Növbəti mövsüm Azərbaycan Premyer Liqasında 12 komanda mübarizə apara bilər.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) gələn həftə keçirilməsi nəzərdə tutulan İcraiyyə Komitəsində bu variantı müzakirəyə çıxarmağa hazırlaşır.

Düzdür, Premyer Liqanın əsasnaməsini əsas götürən AFFA və PFL rəsmiləri mövsümün sonunda 1 komandanın elitadan düşəcəyini, Birinci Diviziondan isə 1 komandanın yüksək liqaya gələcəyini bir neçə dəfə vurğulayıblar. Ancaq məlum olduğu kimi, komanda sayının artırılması İK-nın qərarından asılıdır. AFFA hazırda İK üzvləri ilə 12 komandalı çempionatı, başqa sözlə, “altılıq” variantı ehtimalını müzakirə edir.

Xatırladaq ki, AFFA-nın Lisenziyalaşdırma Komissiyasının mayın 15-də keçirilən iclasında hazırda Premyer Liqada yarışan “Qarabağ”, “Neftçi”, “Sabah”, “Zirə”, “Qəbələ”, “Turan Tovuz”, “Səbail”, “Sumqayıt”, “Kəpəz” və “Şamaxı ilə yanaşı, iki I Divizion komandası – “Araz-Naxçıvan” və “Zaqatala”ya, başqa sözlə, 12 kluba elitada iştirak üçün lisenziya verilib.