“Ölkə başçısı bizim haqqımızda çox şey bilir. Hətta oyundakı anlardan danışanda biz hamımız çox təəcüblənirdik.
7Times.az xəbər verir ki, bunu “Qarabağ”ın və Azərbaycan yığmasının qapıçısı Şahruddin Məhəmmədəliyev Qafqazinfo-ya müsahibəsində deyib: “Görüşdə Prezident İlham Əliyev hər kəslə salamlaşırdı. Ölkə başçısı bizim haqqımızda çox şey bilir. Hətta oyundakı anlardan danışanda biz hamımız çox təəcüblənirdik. Görünür ki, dövlət başçısı bizə görə narahatdır və futbolu izləyir. Mənə dedi ki, “sən çox cəsur qapıçısan, çox ürəklə qapıdan kənara çıxırsan”. Və əlbəttə ki, əgər ölkə Prezidenti sənə baxırsa, bu, daha çox işləməyə motivasiya verir. Həmin gün Prezidentin mənim haqqımda xoş sözlər deməsi güclü olmaq üçün motivasiya verdi. Hər il daha da güclü olacağam”.
Daha ətraflı videoda: