Dünya

Prezident Ərdoğana ağır itki

Prezident Ərdoğana ağır itkibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın dayısı oğlu Mehmet Mutlu 64 yaşında dünyasını dəyişib.

7Times.az  xəbər verir ki, İstanbulda dəfn olunacaq Mehmet Mutlunun dəfn mərasiminə prezident Ərdoğanın qatılacağı gözlənilir.

Məlumata görə, ötən həftə infarkt keçirən Mehmet Mutlu Mərmərə Universiteti Araşdırma Xəstəxanasına aparılıb və ürək damarlarına stent qoyulub. Evə buraxılan Mutlu evdə yenidən infarkt keçirib. Ümraniye Dövlət Xəstəxanasına aparılan Mutlu dünyasını dəyişib.
Prezident Rəcəb Tayyib Ərdoğanın mərhum dayısı Kamal Mutlunun oğlu Mehmet Mutlu Ənənəvi Uşaq Oyunları Federasiyasının prezidenti olub.

Uşaq oyunlarını canlandırmaq üçün səy göstərən Mutlu, Türk Dünyası və zəlzələ bölgəsində uşaqlar üçün həyata keçirdiyi fəaliyyətlərlə tanınırdı.