Ölkə

Prezidentin BƏƏ səfəri: Bakı üçün iki mühüm məsələ

Prezidentin BƏƏ səfəri: Bakı üçün iki mühüm məsələbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycan ilə BƏƏ arasında son illər iqtisadi əlaqələrin genişlənməsi müşahidə olunur. İki ölkə arasında ticarət dövriyyəsinin artması fonunda investisiya qoyuluşlarında da yüksəliş var”.

Bu sözləri 7Times.az-a iqtisadçı ekspert, millət vəkili Vüqar Bayramov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə yanvarın 15-də baş tutan işgüzar səfərini şərh edərkən deyib.

Onun sözlərinə görə, 2022-ci il ərzində ticarət dövriyyəsində ciddi artımlar müşahidə olunub:

“Həmin ilin ilk 10 ayında ticarət dövriyyəsi 90.4 milyon dollara çatıb. Bu isə münasibətlərin artan dinamikasını bir daha təsdiq edir.

BƏƏ Azərbaycanda xüsusilə bərpa olunan enerji sahəsində aktiv ölkələrdəndir. Bu sahədə qarşılıqlı münasibətlərin daha da möhkəmlənəcəyi gözlənilir. Eyni zamanda, BƏƏ sahibkarlarının işğaldan azad olunan ərazilərimizdə sərmayə qoyuluşlarında iştirakı da vacib istiqamətlərdəndir. Bütövlükdə Körfəz ölkələrindən Qarabağ və Şərqi Zəngəzura daha çox sərmayənin cəlb edilməsi prioritetdir.

Azərbaycan ilə BƏƏ arasında fərqli sektorlar üzrə əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün böyük potensial var. Səfər zamanı keçirilən görüşlər və razılaşmalar məhz bu potensialın istifadəsinə imkan yaradacaq”.

V.Bayramov Azərbaycan Prezidentinin Əbu-Dabi Dayanıqlılıq Həftəsinin (ADSW 2023) açılış mərasimində iştirak etməsindən də danışıb:

“Masdarın ev sahibliyi etdiyi tədbirin əsas məqsədlərindən biri də COP27 və COP28 arasında əlaqənin təmin edilməsi, iqlim dəyişiklikləri, sərmayə və texnologiyaların genişləndirilməsi üzrə əməkdaşlıq platformasının dəstəklənməsidir. Artıq 15 ildir, bu tədbir Birləşmiş Ərəb Əmirliyi (BƏƏ) tərəfindən təşkil olunur.

Ümumilikdə onu deyə bilərik ki, Prezidentin BƏƏ səfəri ölkəmiz üçün mühüm perspektivlər vəd edir”.

7Times.az