Dünya

Prezidentinin ofisində qəfil axtarış – Şok iddia

Prezidentinin ofisində qəfil axtarış – Şok iddiabackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İslam Keşikçiləri Korpusunun (İİKK) kəşfiyyat bölməsi İran prezidenti Həsən Ruhaninin dəftərxanası və Xarici İşlər Nazirliyində axtarış aparıb.

7times.az “Iranwire”a istinadla xəbər verir ki, axtarışlar XİN rəhbəri Məhəmməd Cavad Zərifin jurnalist Səid Leylaza verdiyi müsahibənin səs yazısının yayımlanması ilə əlaqədar olub.

“Iranwire”-ın mötəbər mənbələrə istinadla verdiyi məlumata görə, bu gün səhər saatlarında İİKK qüvvələri qəfildən Tehranın Paster Xiyabanında yerləşən prezident iqamətgahı və XİN binasına gəlib. Təhlükəsizlik əməkdaşları ilə qısa toqquşmadan sonra onlar hər iki binada axtarış aparıb və bəzi sənədləri müsadirə ediblər.

Aprelin 29-da hökumətin sözçüsü Əli Rəbii Prezidentin Strateji Araşdırmalar Mərkəzinin yeni rəhbəri təyin olunub. O, audioyazı qalmaqalı ilə bağlı istefa vermiş Hüsaməddin Aşnanı əvəz edib. Hazırda İİKK-nın rəqibi olan Kəşfiyyat Nazirliyi Həsən Ruhaninin xüsusi tapşırığı ilə Zərifin səsyazısnın oğurlanması və yayımlanması ilə əlaqədar təhqiqat aparır. Məhkəmə orqanları 15 vəzifəli şəxsin ölkədən çıxışına qadağa qoyub. Hüsaməddin Aşnanın həbs ediləcəyi ilə bağlı fərziyyələr var.

Məhəmməd Cavad Zərifin özü hazırda xarici səfərdədir. Onun da parlament qərarı ilə istefaya göndərilməsi və həbsi ehtimalı var. yenisabah.az