Hərbi

Priqojin Moskva səmasındakı Ukrayna dronlarından danışdı: “Pəncərəmizə çırpılanda…”

Priqojin Moskva səmasındakı Ukrayna dronlarından danışdı: “Pəncərəmizə çırpılanda…”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Vaqner” muzdlu qrupunun rəhbəri Yevgeni Priqojin Moskvaya edilən hücumlara sərt reaksiya verib.

O, bu barədə sosial media hesabında videomüraciət yayımlayıb. Priqojin sözügedən hücumlarla bağlı Rusiya Müdafiə Nazirliyini günahlandırıb.

“Başınlızı bu ölkəni müdafiə etmək üçün əyləşdiyiniz ofislərdən çıxarın. Siz Müdafiə Nazirliyisiniz! Bu dronların Moskva üzərində uçmasına niyə icazə verirsiniz? Bəs, sadə xalq dronlar pəncərələrinə çırpılanda nə etsinlər? Buna görə də bir vətəndaş kimi hiddətlənirəm.  İnanıram ki, xalqın onlara bu sualları vermək hüququ var. Bu barədə artıq dəfələrlə xəbərdarlıq etsəm də, heç kim qulaq asmaq istəmir. Çünki mən  gözəl həyatı olan bürokratları qıcıqlandırıram”.

Qeyd edək ki, mayın 30-da Moskvaya PUA ilə hücum olub. Hadisə nəticəsində iki nəfərin yaralandığına, bir neçə binaya ziyan dəydiyinə dair xəbərlər yayılıb.

sfera.az