Siyasət

“Priqojin sağdır və qisas almağa hazırlaşır”– Dublyorunun pasport görüntüləri yayıldı + FOTO

“Priqojin sağdır və qisas almağa hazırlaşır”- Dublyorunun pasport görüntüləri yayıldı + FOTObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məlum olduğu kimi, “Vaqner” hərbi birləşməsinin lideri Yevgeni Priqojin Vladimir Putinə və Rusiyanın yüksək hərbi rəhbərliyinə qarşı başlatdığı uğursuz üsyanın ardından avqustun 23-də Moskva yaxınlığında baş verən müəmmalı təyyarə qəzasında həlak olub. Priqojinin ölümünün rəsmi mənbələr tərəfindən təsdiqlənməsinə baxmayaraq, hələ də onuna sağ olduğuna dair müxtəlif iddialar, sui-qəsd nəzəriyyələri öz aktuallığını qoruyur.

7Times.az  xəbər verir ki, bənzər iddia ilə çıxış edənlərdən biri də rusiyalı politoloq Valeri Soloveydir.

Soloveyin iddiasına görə, Priqojin təyyarə qəzasında ölməyib. Politoloq Priqojinin sağ olduğunu və qisas almağa hazırlaşdığını iddia edib.

Soloveyin sözlərinə görə, Priqojin Rusiya Təhlükəsizlik Şurasının planlaşdırdığı sui-qəsddən yayınmağı bacarıb. Qəza yerində Priqojinin “DNT” nümunələrinin aşkar edildiyini deyən səlahiyyətliləri yalan danışmaqda günahlandıran Solovey iddia edib ki, qəzada həlak olan şəxs Priqojinin dublyoru olub. Bu barədə yayımladığı videoda Priqojinin qisas üçün hazırlıqlara başladığını israrla iddia edən rusiyalı analitik “Vaqner” liderinin 2 milyard dollarlıq fondunun olduğunu bildirib.

Bundan əlavə, Priqojinin gizləndiyi ölkəni yaxın günlərdə açıqlayacağını iddia edən Solovey bu ölkənin Afrikada olmadığını bildirib.

Qeyd edək ki, rusiyalı analitikin iddialarının gündəmdə olduğu bir vaxtda sosial şəbəkələrdə Priqojinin dublyoruna aid olduğu deyilən pasport görüntüləri ortaya çıxıb.

 

 

Sosial şəbəkə istifadəçiləri sözügedən iddia və görüntülərin ardından Priqojinin ölmədiyinə dair fikirlər səsləndiriblər.

“AzPoolitika.info”