Dünya

“Priqojini izləməyə nə vaxtımız, nə də istəyimiz var” – Dmitri Peskov

“Priqojini izləməyə nə vaxtımız, nə də istəyimiz var” – Dmitri Peskovbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Biz “Vaqner” Xüsusi Hərbi Şirkətinin rəhbəri Yevgeni Priqojini izləmirik. Buna nə imkan, nə də istək var”.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.

Onun sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putinlə belaruslu həmkarı Aleksandr Lukaşanko görüşə bilərlər: “Hələ dəqiq tarix müəyyənləşməyib. Tərəflər “Vaqner” və Priqojinlə bağlı müzakirə apara bilərlər”.

Peskov söyləyib ki, Putin və Lukaşenkonun “Vaqner” və Priqojin haqqında iyunun 24-də verdiyi bəyanatlar aktuallığını saxlayır.

Xatırladaq ki, iyunun 24-də “Vaqner” Xüsusi Hərbi Şirkətinin başçısı Yevgeni Priqojin Rusiya hərbçilərinin “Vaqner” muzdlu hərbi təşkilatının arxa düşərgələrinə raket zərbələri endirdiyini, bir çox döyüşçünün öldüyünü açıqlayıb. O, bundan sonra Rusiyada qiyama başlayıb.

Elə həmin gün “Vaqner”çilər Rusiya Silahlı Qüvvələrinə məxsus qırıcı təyyarə və helikopterləri vurublar. Rusiya Prezidenti Vladimir Putin isə xalqa müraciətində mövcud hadisələri xəyanət kimi qiymətləndirib.

Y.Priqojin Belarus Prezidenti Aleksandr Lukaşenkonun hərbi hərəkətləri dayandırmaq və gərginliyi azaltmaqla bağlı təklifini qəbul edib.

Rusiya Federal Təhlükəsizlik Xidməti Yevgeni Priqojinə qarşı silahlı üsyana təhrik faktı üzrə cinayət işi açıb. İyunun 27-də isə Federal Təhlükəsizlik Xidməti silahlı qiyamla bağlı başlanmış cinayət işinə xitam verildiyini elan edib.

A.Lukeşanko bu gün deyib ki, Priqojin Belarusda deyil.