“Hüqo deyir ki, insan bəlkə də dünyaya gəlmədən öncə hansısa öhdəliyi yerinə yetirməyib”.
OLAY yazır ki, bu sözləri instaqramda Xalq artisti Brilliant Dadaşova paylaşıb.
O fikirlərinə bunları da əlavə edib:
“Yəqin ki, bu səbəbdən həyata gəldiyimiz andan ömrümüzün sonunadək problemsiz bir günümüz olmur. Ya özümüz, ya da yaxınlarımız üçün daim həyəcan keçiririk. Yalnız sevgi bizə xoş dəqiqələr bəxş edə bilir. Bir-birimizə olan sevgini Allah qəlbimizdən alıb bizi mənəvi yoxsulluğa məhkum etməsin”.