Hadisə

Prokuror üzərində “patı” aşkarlanan dünya çempionuna 7,6 il cəza istədi

Prokuror üzərində “patı” aşkarlanan dünya çempionuna 7,6 il cəza istədibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik alverində təqsirləndirilən dünya və Avropa çempionu Fikrət Rəhimovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Trend-in məlumatına görə, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı yekunlaşıb. Prosesdə dövlət ittihamçısı çıxış edib. Prokuror təqsirləndirilən şəxsin 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Təqsirləndirilən şəxsin vəkili müdafiə çıxışı üçün məhkəmədən vaxt istəyib.

Proses noyabrın 18-nə təyin edilib.

İttihama görə, F.Rəhimov 6.758 qram narkotik maddə olan metamfetamin (patı) ilə saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 234-cü maddəsi ilə təqsirləndirilir.