Hadisə

Psixiatriya Xəstəxanasında pasiyent döyülüb? – RƏSMİ

Psixiatriya Xəstəxanasında pasiyent döyülüb? – RƏSMİbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Səhiyyə Nazirliyi 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasında A.R (ad şərtidir) adlı vətəndaş döyülüb.

7Times.az xəbər ki, Bu barədə Oxu.Az-a vətəndaşın qardaşı məlumat verib.

İddia edilib ki, qardaşı xəstəxanada vəhşicəsinə döyülərək koma vəziyyətinə salınıb:

“Qardaşım gizli şəkildə gecə ilə Respublika Neyrocərrahiyyə Xəstəxanasına gətirilib”.

Vətəndaş bildirib ki, hadisəni ört-basdır etmək üçün hüquq-mühafizə orqanlarına məlumat verməyiblər.

Məsələ barədə Səhiyyə Nazirliyi ilə əlaqə saxladıq.

Nazirlikdən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, xəstəxana rəhbərliyi tərəfindən qeydə alınan fakt barədə hüquq-mühafizə orqanları məlumatlandırılıb:

“Xəstəxanaya gələn polis və prokurorluq əməkdaşları araşdırmalara başlayıblar. Təhlükəsizlik kameralarının görüntüləri də götürülüb. Araşdırmalar başa çatdıqdan sonra istintaq orqanı fakta hüquqi qiymət verəcək”.

İlhamə Əbülfət