PSJ-nin transfer etmək istədiyi hücumçuların adları açıqlanıb.
Fanat.Az “RMC Sport”a istinadən xəbər verir ki, Paris təmsilçisinin əsas hədəfi “Ayntraxt”ın forvardı Ranadal Kolo Muanidir.
Mənbə Almaniya təmsilçisinin bu futbolçunun satışından azı 70 milyon avro qazanmağı planlaşdırdığını vurğulayıb. Xəbərə görə, “Benfika”nın forvardı Qonsalu Ramuş fransızlar üçün ikinci varintdır. Lissabonluların Ramuşla 80 milyon avro və müxtəlif bonuslar qarşılığında vidalaşmaq istədiyi açıqlanıb.
Qeyd edək ki, PSJ “Barselona”nın vingeri Usman Dembeleni də heyətinə qatmağa yaxındır.
Follow @7timesaz