İdman

PSJ-də yeni səhifə: “Barselona”nın sabiq baş məşqçisi gəlir!

PSJ-də yeni səhifə: “Barselona”nın sabiq baş məşqçisi gəlir!backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

PSJ klubunun yeni baş məşqçisi müəyyənləşib. 

Offsideplus.az xəbər verir ki, tanınmış insayder Fabritsio Romanonun yaydığı məlumata görə, Luis Enrike Paris təmsilçisini çalışdıracaq. Tərəflər razılıq əldə ediblər.

Kristof Qaltye ilə müqaviləyə xitam verilən kimi ispan mütəxəssislə sözləşmə açıqlanacaq. Müqavilə 2 il müddətinə nəzərdə tutulub. PSJ tezliklə Uqarte, Asensio, Lukas Hernandes, Milan Skriniar, Şer Ndur,  Kanq-in Linin transferini də açıqlayacaq.