Kilian Mbappeni komandada saxlamağa çalışan PSJ rəhbərliyi futbolçunu qəzəbləndirəcək qərarı müzakirə edir.
7Times.az xəbər verir ki, Mbappe gələn mövsüm başa çatacaq müqaviləni yeniləməsə əsas heyətdən kənarlaşdırıla bilər. Məlumata görə, müqavilə yeniləməyəci təqdirdə PSJ futbolçunu satmaq istəyir. Lakin Mbappenin transfer olmaq istədiyi “Real Madrid” klubu futbolçu üçün fantastik məbləğ xərcləmək istəmir. Bildirilir ki, PSJ Yaponiyaya təlim-məşq toplanışına gedir. “As” qəzetinin iddiasına görə, PSJ rəhbərliyi Mbappeni heyətdən kənarda saxlaya bilər. Mbappenin ehtiyat heyəti ilə məşq etməsi gündəmdədir.Qeyd edək ki, PSJ bundan əvvəl də belə qərar qəbul etmişdi. Klub satmaq istədiyi Kurzava, Draksler, Herrera, Vijnaldum, Rafinha və Kehrer kimi futbolçuları əsas heyətlə məşqə buraxmayıb.Metbuat.az
Follow @7timesaz