PSJ-nin prezidenti Nasser Əl-Xelaifi komandanın baş məşqçisi Luis Enrike ilə ulduz hücumçu Kilian Mbappe arasında münaqişə ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
Fanat.Az xəbər verir ki, “RMC Sport” qətərli funksionerin dediklərini belə çatdırıb:
“Enrike və Mbappe arasındakı münaqişə? Buna baş məşqçi qərar verəcək. Klub rəhbərliyi çalışdırıcının tərəfindədir. Bizim üçün ən vacib olan komandadır”.
Xatırladaq ki, Mbappe bu mövsümün sonunda klub qeydiyyatını dəyişəcək. 25 yaşlı hücumçu “Real Madrid”ə keçməyə yaxındır. Kilian 2017-ci ildən PSJ-də çıxış edir. Tərəflər arasında müqavilənin müddəti məhz 2023/2024 mövsümünün sonuna qədərdir.
Follow @7timesaz