PSJ-nin hücumçusu Kilian Mbappe mövsümöncəsi Yaponiya turu üçün komandanın heyətinə daxil edilməyib.
Lent.az xarici mediaya istinadən bildirir ki, Fransanın hazırkı çempionunun rəsmi saytı xəbər verir.
Komanda şənbə günü Yaponiyaya yollanacaq. Mövsümöncəsi oyunlar üçün PSJ-nin 29 futbolçusu seçilib. Onların arasında Kilian Mbappenin 16 yaşlı qardaşı İtan da var.
Daha əvvəl Mbappenin PSJ ilə 2024-cü ilin yayına qədər olan müqavilə müddətinin sonuna qədər klubda istədiyi bildirilirdi. Lakin o, müqavilənin 2025-ci ilə qədər uzadılması variantından imtina edib.
Bununla bağlı PSJ rəhbərliyi futbolçunun gələn yay azad agent kimi klubu pulsuz tərk etmək niyyətində olmasından narahatlığını bildirib. Onun “Real”a keçəcəyi səbəbindən müqaviləsini uzatmaqdan imtina etdiyi ehtimal olunur.
O da qeyd olunub ki, klub Mbappeyə təzyiq məqsədilə onu ehtiyat oyunçular arasında oturtmağa hazırdır.
Follow @7timesaz