İdman

PSJ Messini fransalı futbolçu ilə əvəz edəcək

PSJ Messini fransalı futbolçu ilə əvəz edəcəkbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

PSJ yayda müqaviləsinin müddəti başa çatacaq Lionel Messinin gedişinə hazırlaşır. 

Fanat.Az “Daily Mail”ə istinadən xəbər verir ki, parislilər argentinalı hücumçunu “Kristal Palas”ın 21 yaşlı futbolçusu Maykl Olise ilə əvəzləməyi planlaşdırır.

Fransalı gənc hücumçu ilə daha əvvəl “Arsenal” maraqlansa da, son anda bu transferdən vaz keçib.
Futbolçunun dəyəri 27 milyon avrodur.

Olise Premyer Liqanın bu mövsümündə 34 oyuna çıxaraq 1 qol vurub və 9 məhsuldar ötürmə edib.