İdman

PSJ-nin 3 ulduzunun adı “Loryan”la oyunun iştirak ərizəsinə salınmadı

PSJ-nin 3 ulduzunun adı “Loryan”la oyunun iştirak ərizəsinə salınmadıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

PSJ-nin 3 ulduzunun adı Liqa 1-in ilk turu çərçivəsində bu gün keçiriləcək matçın – “Loryan”la görüşün iştirak ərizəsinə salınmayıb.

Fanat.Az Paris klubunun rəsmi saytına istinadən xəbər verir ki, Kilian Mbappe, Neymar və Marko Verratti “Park de Prens” stadionunda baş tutacaq qarşılaşmanı kənardan izləyəcəklər.

Daha öncə Avropa mətbuatında Fransa nəhənginin baş məşqçisi Luis Enrikenin Mbappe, Neymar və Verrattinin xidmətindən imtina etdiyi barədə məlumatlar yayılmışdı.

Qeyd edək ki, PSJ son ölkə çempionudur. Enrike paytaxt təmsilçisinin baş məşqçi postunu bu yay tutub. İspan mütəxəssis istefaya göndərilən Kristof Qaltyeni əvəzləyib.