PSJ klubu avqustun 4-də Kilian Mbappeyə məktub göndərib.
Offsideplus.az “Lequipe”ə istinadən xəbər verir ki, futbolçuya təzyiq göstərən klub məktubda fransız forvard klubdan azad agent kimi ayrılsa baş verəcəkləri qeyd edib.
Belə ki, Mbappe PSJ ilə müqaviləni yeniləməsə; bu yay satılmağa razılıq verməsə və gələn yay azad agent olaraq komandanı tərk etsə aşağıdakı qərarlar qəbul olunacaq:
PSJ futbolçularını satmalı olacaq;
PSJ akademiya oyunçularını əsas komandaya yüksəltmək siyasətini yenidən gözdən keçirəcək;
PSJ çoxlu işçilərini qovmalı olacaq.
Qeyd edək ki, ötən gün “Lequipe” nəşri Mbappenin bu mövsüm Paris təmsilçisində qalacağını açıqlayıb.
Follow @7timesaz