Argentina millisinin sabiq futbolçusu Esekel Lavezzi bıçaqlanıb.
Offsideplus.az xəbər verir ki, hadisə ailə münaqişəsi zamanı baş verib.
PSJ-nin sabiq üzvü Uruqvayın Xose İqnasio şəhərindəki evində qarnından bıçaqlanıb. Lakin ailə üzvləri bunu etmədiklərini deyiblər.
Punta del Estedəki klinikaya aparılan Lavezzinin həyati təhlükəsi olmadığı bildirilir.Qeyd edək ki, 38 yaşlı veteran futbolçu PSJ-nin heyətində 107 oyuna çıxıb və 22 qolla yadda qalıb. O, Argentina millisində isə 51 matçda rəqib qapılarına 9 dəfə yol tapıb.
Follow @7timesaz