İdman

PSJ-nin yeni baş məşqçisi kim olacaq? – Zidan yeganə namizəd deyil

PSJ-nin yeni baş məşqçisi kim olacaq? – Zidan yeganə namizəd deyilbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransanın PSJ klubu göndərməyə hazırlaşdığı Kristof Qaltyeni əvəz edəcək baş məşqçi axtarışını davam etdirir.

Fanat.Az xəbər verir ki, əsas namizəd Zinəddin Zidan olsa da, parislilər daha bir mütəxəssisin təyinatını gözdən keçirir.

Bu barədə məşhur insayder Nikola Skira məlumat verib. Mənbənin iddiasına görə, Qaltyeni Marselo Qalyardo da əvəz edə bilər. Zidan kimi, ötən il “River Pleyt”lə yollarını ayıran 47 yaşlı argentinalı da işsizdir. O, Latın Amerikasının ən yaxşı məşqçilərindən biri hesab olunur.

Xüsusilə son dönəm uğursuz çıxış edən PSJ Liqa 1-də xeyli xal itirib, Çempionlar Liqasında isə “Bayern Münhen”lə dueli əldən vermək üzrədir. İlk oyun 1:0 hesabı ilə münhenlilərin xeyrinə başa çatıb.