Avropada transfer pəncərəsinin son günündə “Çelsi” klubunun səhvi ucbatından PSJ-yə keçə bilməyən Hakim Ziyexə Türkiyədən “elçi” var.
7Times.az “Fanatik”ə istinadən xəbər verir ki, “Fənərbağça” klubu mərakeşli oyunçuya təklif göndərib. “Sarı-lacivərtlər” 1,5 illik müqavilə qarşılığında 5 milyon avro maaş təklif ediblər. Ziyex Türkiyə klubunun irəli sürdüyü təklifə hələ ki, bir cavab verməyib.
Qeyd edək ki, oyunçu PSJ klubu ilə anlaşsa da, “Çelsi” vacib sənədləri 3 dəfə səhv göndərib və keçid baş tutmayıb. Ziyexin London təmsilçisinin bu hərəkətinə qəzəbli olduğu bildirilir.
Follow @7timesaz