İdman

Pulsuz oynamağa hazır olan Kuarejmaya “Beşiktaş”dan gözlənilməz cavab

Pulsuz oynamağa hazır olan Kuarejmaya “Beşiktaş”dan gözlənilməz cavabbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

39 yaşlı Rikardo Kuarejma karyerasını bitirməzdən əvvəl “Beşiktaş” rəhbərliyinə klub formasını daha bir il geyinmək istədiyini bildirib.

7Times.az  xəbər verir ki, “Beşiktaş” portuqaliyalı ulduzun bu istəyini rədd edib. Portuqaliya KİV-lərinin məlumatına görə, 39 yaşlı Rikardo Kuarejma “Beşiktaş” rəhbərliyinə xəbər göndərərək, istənilən məbləğə oynamağa hazır olduğunu ifadə edib. İddialara görə, Kuarejma hətta pulsuz oynamağa da razı olub.

Bu təklifi dəyərləndirən “Beşiktaş” rəhbərliyi portuqaliyalı futbolçunun istəyini rədd edib. Qeyd edək ki, “Beşiktaş” forması ilə 227 matça çıxan Kuarejma 38 qol vurub, 77 məhsuldar ötürmə edib.

Metbuat.az